25 avqust 2013 13:32
Böyükağa Hacıyev: Xəzər Lənkəran Mircavadovla Rednikin dövründə daha güclü idi
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun müşaviri, komandanın sabiq baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu komandaların görüşləri həmişə prinsipial olub. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” Böyük oyuna ciddi hazırlaşır. Lənkəranlılar “Neftçi”yə hər zaman layiqli rəqib olublar. Cənubluların baş məşqçisi Con Toşak hələ bu mövsüm qələbəyə sevinə bilməyib. Ona görə də, “Neftçi”ni çətin matç gözləyir. Əminəm ki, azarkeşlər gözəl futbol görəcəklər. Mən isə “Neftçi”nin uğur qazanacağına inanıram. Fikrimcə, komanda səfərdən üç xalla dönməyi bacaracaq”.

Hacıyevin sözlərinə görə, Toşaka hələ də vaxt lazımdı: “Toşak yaxşı məşqçidi. Amma mən hələ ötən mövsüm də demişdim ki, onun daha yaxşı uyğunlaşması üçün vaxta ehtiyacı var. O, bizim mentalitetimizi bilməlidi, futbolumuzun bütün xüsusiyyətlərindən xəbərdar olmalıdı. “Xəzər Lənkəran” barədə yalnız onu deyə bilərəm ki, bu komandanı hələlik yalnız iki dəfə güclü görmüşəm. Birincisi, Ağasəlim Mircavadovun dövründə idi. İkincisində isə Mirça Rednikin. Onların rəhbərliyi altında cənublular çox yaxşı vəziyyətdə idilər”.