25 avqust 2013 13:59
Xəzər Lənkəranın sabiq qapıçısı İspaniyada özünə klub axtarır
“Xəzər Lənkəran”ın ispaniyalı qapıçısı Toni Doblas özünə yeni iş yeri axtarmağa davam edir. Azerisport.az xəbər verir ki, hazırda futbolçu vətənindədi.
O, bu barədə özünün sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Doblas bildirib ki, “Xəzər Lənkəran”la yollarını ayırıb və özünə İspaniyada yeni klub axtarır.
Qeyd edək ki, Toninin özünə klub tapmaq üçün avqustun 31-dək vaxtı var.
