25 avqust 2013 15:26
“Qarabağın itiriləsi heç nəyi qalmayıb”
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- “Qəbələ” ilə bu gün keçirəcəyiniz oyunun təxirə salınması daha yaxşı olmazdımı?
- Məşqçilər korpusu da bunu çox istəyirdi.
- Qəbələ səfərindən sonra Almaniyaya getməyə gücünüz qalacaq? Axı sizi Frankfurta yorucu yol da gözləyir...

- Biz peşəkar futbolçularıq. Lazım gəldisə, istənilən vaxt oynamağa hazır olmalıyıq. Belə oyun qrafikinə də hazır olmağımız vacibdi. Avroliqanın qrup mərhələsində oynamaq istəyən komanda buna məcburdu.
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Ağır qrafikə baxmayaraq, inanıram ki, komandamız bu oyunda üç xal qazana biləcək. Rəqibimiz güclü komandadı. Amma qələbə qazanmaq istəyirik. Çünki “Eintracht”la cavab matçı öncəsi komandadakı əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün bu, vacibdi.

- Bu, artıq “Qarabağ”ın dördüncü pley-off mübarizəsidi. Bu dəfə də bu mərhələdə mübarizəni dayandırsaz, bunu faciə saymaq olar?
- Biz Avroliqanın qrup mərhələsində oynamağı çox istəyirik. Amma əgər belə həlledici mərhələdə bu cür güclü rəqiblərlə düşürüksə, nə edə bilərik? “Eintracht”ı keçə bilməsək, bunu faciəyə çevirmək fikrimiz yoxdu. Bütün gücümüzü toplayıb çempion olmağa çalışacağıq ki, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparaq. Çünki ÇL-dən Avroliqanın qrup mərhələsinə düşmək daha asandı.

- Sizcə, “Eintracht” ilə ilk oyunda niyə qənaətbəxş nəticə qazanmaq mümkün olmadı?
- Biz rəqibi yaxşı analiz etmişdik, ciddi hazırlaşmışdıq. Amma gördüyünüz kimi, alınmadı. Öz meydanımızda ən azı uduzmamağı çox istəyirdik.

- “Qarabağ” bu oyunda sanki özünə bənzəmirdi...
- Hər hansı bəhanə axtarmaq istəmirəm. Amma qazonun vəziyyəti doğrudan da çox pis idi. Biz topla, yerlə oynayan komandayıq. Belə qazonda istədiyimiz futbolu sərgiləmək isə çox çətindi.
- Qazon yaxşı olsaydı, “Eintracht”ı məğlub edə bilərdiniz?
- Bunu demək çətindi. Bu cür rəqibi məğlub etmək o qədər də asan deyil. Hamı onların səviyyəsini gördü. Futbolçuları da fərdi cəhətdən güclüdülər. Bütün göstəricilərdə bizi üstələyirdilər.

- Deməli, cavab matçına komanda turist kimi gedəcək?
- Xeyr. Sona kimi mübarizə aparacağıq. Bizim itirəcəyimiz heç nə qalmayıb.