26 avqust 2013 18:45
Xəzər Lənkəran ilə Neftçi birgə bəyanat hazırlayır
Topaz Premyer Liqasının ötən gün baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra baş verənlər artıq geridə qalsa da, sözügedən klubların başı buna görə hələ çox ağrıyacaq. Azerisport.az xəbər verir ki, xüsusilə cənub təmsilçisini çox ciddi sanksiya və cəzalar gözləyir.
Amma nəzərə alsaq ki, bu mövsüm tərəflər arasında daha üç oyun keçiriləcək və onlardan ikisinə də “Neftçi” ev sahibliyi edəcək, bu cür olayların təkrarlanması istisna deyil. Məhz bu üzdən Lənkəran və paytaxt klubları birgə bəyanat yaymağa hazırlaşırlar. Klublar bu bəyanatda ötən gün baş verən hadisələri pisləyəcəklər, bunun bir daha təkrarlanmamasını xahiş edəcəklər.
Qeyd edək ki, “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlarda baş verən bu tip olaylar nəinki iki klubun, həmçinin Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzuna da çox ciddi təsir göstərir.
