26 avqust 2013 18:56
Əmirquliyev: Neftçinin qol vəziyyəti yaratmasını xatırlamıram
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə oyunla bağlı nə deyə bilərsiz?
- Fikrimcə, azarkeşlər maraqlı oyun izlədilər. Çoxlu qol vəziyyətləri oldu. Onların da əksərini məhz komandamız yaratdı. Sadəcə, heç birindən istifadə edə bilmədik.

- Niyə?
- Qol vura bilməməyimizin səbəbini dəqiq bilmirəm. Amma elə təkcə Franko Nildonun üç real qol vəziyyəti oldu.

- Oyundan sonra kapitan kimi iradınızı bildirdinizmi?
- Daha nə deməliyəm ki? Siz elə bilirsiz ki, o, özü qol vurmağı istəmir? Bu adamda alınmırsa, nəsə deməyə ehtiyac yoxdu.

- Rəqibiniz nəticədən razıdı. Bəs siz?
- Biz bu oyunda sadəcə qələbəyə layiq idik. Mən rəqibin təhlükəli qol vəziyyəti yaratmasının şahidi olmadım.
- “Xəzər Lənkəran” geridə qalan dörd turda cəmi 3 xal toplaya bilib...
- Demək ki, qismət beləymiş. İtirilmiş xallara görə ağlamağa ehtiyac yoxdu. Qarşıya baxmaqdan başqa çıxış yolumuz yoxdu. Növbəti oyunlarımızda daha çox xal toplamağa çalışmalıyıq.
- Böyük oyun komandanızın növbəti oyunlarına nə dərəcədə təsir göstərəcək?
- Müsbət. Düzdü, üç xal qazana bilmədik. Amma sərgilədiyimiz oyun inamlı idi. Əgər belə oynamağa davam etsək, qələbələrimiz çox olacaq.

- Oyundan sonrakı olaylarla bağlı fikirləriniz necədi?
- Hər şey Kubokun finalındakı davadan sonra başladı. Hamı həmin hadisələrdən sonra gərgin idi. Digər tərəfdən komandamız hazırda “qara zolaqdadı”. Mən onları da başa düşürəm. Amma istənilən halda belə hadisələr futbol meydanlarında baş verməməlidi.