26 avqust 2013 11:09
Sadıq Sadıqov: Neftçi fanatları nahaq yerə Lənkərana getmişdi
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Topaz Premyer Liqasının 4-cü turunun Lənkəranda keçirilən “Xəzər Lənkəran”la oyunundan sonra baş verənlərdə “Neftçi” azarkeşlərini günahkar bilib. Azerisport.az xəbər verir ki, klub prezidenti baş verən olaylardan sonra “Neftçi” azarkeşləri ilə danışıb:
“Sizə bü gün bura gəlməməyiniz barədə xəbərdarlıq etmişdik. Bu gün olanlar gözlənilən idi. Nahaq gəldiniz”.
Daha sonra “Xəzər Lənkəran” azarkeşləri barədə də fikir bildirən Sadıqov onların təhqiramiz sözlərinin yolverilməz olduğunu bildirib: “Ana hər millətin nümayəndəsi üçün müqəddəsdi. Azarkeşlər nahaq yerə ana söyüşü işlətdilər”. (Qafqazinfo)
