26 avqust 2013 11:37

Sadiqov: Vaxtı Neftçi yox, Saşa Stamenkoviç öldürürdü

“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran”la oyun barədə nə deyə bilərsiz?
- Oyun çətin və gərgin keçdi. Belə oyunları daha keyfiyyətli meydanlarda keçirmək daha yaxşı olardı. Oyun bir qədər də maraqlı, gözəl alınardı. Amma bu stadionun ot örtüyü acınacaqlı vəziyyətdədi. Belə stadionda yaxşı oyun sərgiləmək də olmur.
 
- Qazon yaxşı olsaydı, “Neftçi” daha yaxşı oynardı?
- Mümkündü ki, biz daha yaxşı oyun sərgiləyə bilərdik. Açıq oyun gedərdi. Amma qazonun durumu buna imkan vermirdi.
 
- Son dəqiqələrdə komandanız vaxt öldürməyə başlamışdı. Uduzmaqdan qorxurdunuz?
- Komandamız vaxt ölmürdü. Bunu sadəcə Saşa Stamenkoviç edirdi. Bu, şəxsən mənim xoşuma gəlmədi. Kapitan kimi ona öz iradımı da bildirdim.

- Nəticədən razısız?
- Fikrimcə, oyunun ən ədalətli nəticəsi elə heç-heçə idi.
 
- Amma rəqib son yarım saat ərzində çox böyük üstünlüyə malik idi...
- Biz sadəcə yorulmuşduq. Lənkəranda gəlmək asan deyil. Yol yorğunluğu azmış kimi, meydança da pis idi. Belə qazonda tez yorulursan. Əgər Ernest Nfor qol vursaydı, indi tam fərqli danışa bilərdik. Ama fikrimcə, hər iki komanda heç-heçədən razı qalmalıdı.
 
- Fasilədə və oyundan sonra tribunada baş verən olaylar...
- Bu barədə heç nə deyə bilmərəm. Xoşagəlməz hadisələrdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.