26 avqust 2013 11:55
Millimizin forvardı 18 dəqiqə oynadı
Almaniyanın futbol üzrə ikinci Bundesliqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Kaiserslautern II” bu dəfə “Zweibrücken” klubu ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilib. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.
Millimizin üzvü bu oyuna 72-ci dəqiqədən etibarən qoşulub. Amma futbolçumuz komandasına qələbə qazandıra bilməyib.
