27 avqust 2013 00:45
Şükürov: Neftçi Lənkəranda qol vursaydı, nələr olacağını təsəvvür edə bilmirəm
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Neftçi”yə qarşı bu cür münasibət düzgün deyildi. Axı bu düşmən klub yox, Azərbaycan çempionudu. Bizim komandada xeyli legioner futbolçu çıxış edirlər. İndi onlar ölkəmiz barədə nə düşünürlər? Lənkərandakı bəzi insanlar bu cür davranışları ilə Azərbaycan futbolunun inkişafına mane olurlar. Günahkarlar mütləq cəzalandırılmalıdılar. Əks halda bu cür olaylar hər dəfə təkrarlanacaq. Mən təsəvvür edə bilmirəm ki, əgər bu oyunda “Neftçi” qol vursaydı, nələr olacaqdı”.