29 avqust 2013 01:45

Çempionlar Liqasında pley-off mərhələsinə yekun vuruldu (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
“Arsenal” ilə ilk oyunda darmadağın olmuş Türkiyə təmsilçisi “Fenerbahçe” cavab matçında sürpriz etməyə çalışsa da, bu dəfə də uduzub və mübarizəni dayandırıb. Zaqreb “Dinamo”su isə evdə uduzduğu “Austria”nın qonağı olub. Xorvatlar qalib gəlsə də, mübarizəni dayandırmalı olublar. “Ludogorets”lə mübarizə aparan “Basel” ev oyununda cütün taleyini ikinci qələbə ilə həll edib. İlk oyunları sülhlə bitmiş “Schalke” ilə PAOK-un duelindən bu dəfə Almaniya təmsilçisi qalib ayrılıb. Həmçinin “Steaua” ilə “Legia” yenə heç-heçə ediblər. Amma səfərdə daha çox qol vuran Rumıniya təmsilçisi mərhələ adlayan tərəf olub.
 
Səfərdə Karaqandi “Şaxtyor”una 2 cavabsız qolla məğlub olan “Celtic” evdə bunun qisasını almağı və mərhələ adlamağı bacarıb. “Olympique” (Lion) üzərində səfərdə qələbə qazanmış “Real Sociedad” ev oyununda da eyni uğuru təkrarlayıb. “Pacos de Ferreira”nı darmadağın etmiş “Zenit”ə də yalnız növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək qalırdı ki, növbəti qələbə bunun üçün artıqlaması ilə bəs edib. PSV ilə ilk oyuna sülh bağlamış “Milan” doğma azarkeşlərinin gözü qarşısında darmadağına imza ataraq mərhələ adlayıb. “Viktoria” da “Maribor” səddini keçməyi bacarıb.
 
Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunları)
27 avqust
 
Arsenal (İngiltərə) - Fenerbahçe (Türkiyə) - 2:0 (ilk oyun 3:0)
Qollar: Remsi, 25; 72.

Austria (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) - 2:3 (2:0)
Qollar: Mader, 4, Kinast, 8 - Brozoviç, 33, Fernandes, 43, Beqiray, 70.
 
Basel (İsveçrə) - Ludogorets (Bolqarıstan) - 2:0 (4:2)
Qollar: Frey, 11, Degen, 79.
 
Legia (Polşa) - Steaua (Rumıniya) - 2:2 (1:1)
Qollar: Radoviç, 27, Yakub, 90 - Stanku, 7, Piovakkari, 9.
 
PAOK (Yunanıstan) - Schalke (Almaniya) - 2:3 (1:1)
Qollar: Athanasiadis, 53, Katsuranis, 79 - Szalai, 43; 90, Draksler, 67.
 
28 avqust
 
Zenit (Rusiya) - Pacos de Ferreira (Portuqaliya) - 4:2 (4:1)
Qollar: Danni, 29; 48, Buxarov, 66, Arşavin, 78-pen - Manuel, 67, Karlao, 83.
 
Celtic (Şotlandiya) - Şaxtyor (Karaqandi, Qazaxıstan) - 3:0 (0:2)
Qollar: Kommons, 45, Samaras, 48, Forrest, 90.
 
Real Sociedad (İspaniya) - Olympique (Lion, Fransa) - 2:0 (2:0)
Qol: K.Vela, 67; 90.
 
Milan (İtaliya) - PSV (Hollandiya) - 3:0 (1:1)
Qollar: Boatenq, 9; 7, Balotelli, 55.
 
Maribor (Sloveniya) - Viktoria (Çexiya) - 0:1 (1:3)
Qol: Stanislav, 3.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.