26 avqust 2013 13:56
Bundesliqa klubu baş məşqçisiz qaldı
Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün ilk baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Stutthart” baş məşqçi ilə yollarını ayırıb.
Bruno Labbadia ilə yolların ayrılması barədə klubun rəsmi saytı məlumat yayıb. Klubun idarə heyəti bu qərarı “Augsbur”la oyundakı məğlubiyyətdən (1:2) sonra verib.
2010-cu ildən bu yana klubun uğurları üçün çalışan Labbadianı kimin əvəzləyəcəyi haqda məlumat verilmir.
