26 avqust 2013 14:25
Lənkəran şəhər stadionu diskvalifikasiya oluna bilər
Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən hadisələrə sabah baxılacaq. Azerisport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin növbəti iclasında əsas müzakirə mövzusu məhz Böyük oyunda baş verən olaylar olacaq.
“Xəzər Lənkəran”ı ötən gecə baş verənlərə görə çox ciddi cəzalar gözləyir. Bu, ilk növbədə yerli azarkeşlərin çoxsaylı yandırıcı maddələrdən, fişənglərdən istifadə etməsinə görə tətbiq oluna bilər.
Bu azmış kimi, qarşılaşmadan sonra cənublu azarkeşlər Lənkəran şəhər stadionunda yanğın da törədiblər. Arenaya xeyli ziyan dəydiyi bildirilir.
Bütün bu olaylar səbəbindən “Xəzər Lənkəran”a külli miqdarda cərimə kəsiləcək. Bu azmış kimi, “Fırtınalar meydanı”nın bir neçə oyunluq diskvalifikasiya olunması da istisna deyil.
