26 avqust 2013 15:37
Ruslan Nəsirli Trabzonspor klubunun düşərgəsinə yollandı (FOTO)
Ötən mövsümün əvvəlində "Sumqayıt" Futbol Klubunun iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin "Trabzonspor" klubunda baxışda olduğu hər kəsə məlumdu. Azerisport.az xəbər verir ki, "Trabzonspor"un rəhbərliyi komandamızın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Ruslan Nəsirli üçün 2-ci dəfə Azərbaycan klubuna məktub ünvanlayıb.
18 yaşlı futbolçu "bordo-mavililər"in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq. (klub saytı)
