26 avqust 2013 16:34
Qarabağ Frankfurta sabah yollanacaq
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniya “Eintracht”ı ilə cavab matçına yollanacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Frankfurta sabah yola düşəcək.
Qurban Qurbanov və yetirmələri Almaniyaya çarter reysi ilə uçacaq. Komanda sözügedən ölkəyə iki gün öncədən yollanmaqla yerli şəraitə daha yaxşı uyğunlaşmaq məqsədi güdür.
Qeyd edək ki, “Qarabağ”ın “Eintracht”la cavab matçı avqustun 29-da keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda ağdamlılar 2 cavabsız qolla məğlub olmuşdular.
