26 avqust 2013 17:12

Ruslan Nəsirli Trabzonspor klubuna dəvət olunmasından danışdı

Xəbər verdiyimiz kimi, 2-ci dəfə "Trabzonspor"un düşərgəsinə yollanan Ruslan Nəsirli "Sumqayıt" Futbol Klubunun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 18 yaşlı futbolçu Türkiyənin dörd ən böyük klublarından birində forma geyinməyin böyük fəxr olduğunu deyib:
 
"Çox sevinirəm ki, "Trabzonspor"dan növbəti dəfə təklif almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından birində forma geyinmək həqiqətən böyük fəxrdi. Sözün açığı, ilk dəfə Trabzona yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim. Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi "Trabzonspor"da rəhbərliyin və məşqçi korpusunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim üçün "Sumqayıt" Futbol Klubuna məktub ünvanlayıb. Ümid edirəm ki, bu dəfə də özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmağı bacaracam.
 
Mənim bu mərhələyə gəlib çatmağımda "Sumqayıt" Futbol Klubunun əməyi böyükdü. "Sumqayıt" gənclərdən qurulmuş bir komandadır. Misal üçün bir müddət əvvəl "Portu"ya yollanmış komanda yoldaşım Orxan Əliyevi qeyd etmək olar. "Sumqayıt" Futbol Klubu gənclər üçün böyük şansdı Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda forma geyinəcək. "Trabzonspor"dan qayıtdıqdan sonra milli komandanın düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.