27 avqust 2013 16:40
Sumqayıtın zədəliləri sıraya dönür
Topaz Premyer Liqasının 5-ci turunda doğma azarkeşləri qarşısında "Rəvan"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində iştirak edib.
Yüngül zədəsi olan Elşən Abdullayev və fərdi şəkildə hazırlaşan Orxan Əliyev komandadan ayrı çalışıb. Almaniyada müalicə olunan hücumçumuz Pərdis Fərcad-Azad artıq saxalıb. O, sabahdan komanda ilə birlikdə hazırlığa qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
