27 avqust 2013 17:25
Araz Türkiyədə ilk qələbəsini qazandı
Dünən Ərzuruma təlim məşq toplanışına yollanan Naxçıvan təmsilçisi “Araz” bu gün ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, əvvəlcə rəqib “Ərzurumspor” olsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib.
Əsgər Abdullayevin yetirmələrinin ilk rəqibi "Yakutiyaspor" komandası olub. İlk hissədə qapılara qol vurulmasa da 55-ci dəqiqədə Rəhman Musayev fərqlənib. 64-cü dəqiqədə isə komandamızın baxışda olan legioneri Aleksandr Kurtskeviç rəqibin qapısından ikinci qol keçirməyi bacarıb.
Sonrakı dəqiqələrdə hesab dəyişmədiyindən matç Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
