27 avqust 2013 19:55

Baçana Sxadadze: İstərdim ki, Gelaşvili Frankfurtda qol vursun

“Rəvan”la keçirilən matçda (1:5) het-trik etməklə fərqlənən “İnter”in hücumçusu Baçana Sxadadze klub saytına müsahibəsində bu qarşılaşma barədə danışıb, qələbənin əhəmiyyəti haqqında fikirlərini açıqlayıb və komandanın hücum xəttinin tənqid olunmasına münasibətini bildirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “İnter” “Rəvan”la matça yaxşı başlamasa da, komanda artıq birinci hissədə görüşün gedişini dəyişdirə bildi...
- Bu qələbə bizim üçün çox vacib idi. Bəli, biz oyuna pis başladıq. Hesab “Rəvan”ın xeyrinə olduğu zaman rəqibin daha bir qol vurmaq şansı da oldu. Ancaq bundan sonra biz özümüzə gəldik və oyunun gedişini xeyrimizə dəyişə bildik. İkinci hissədə konsentrasiya o qədər də yüksək səviyyədə olmadı. Lakin bu, hesabda böyük fərqlə irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, biz belə böyük hesabla qalib gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.
 
- Yəqin “Rəvan”la matç öncəsində komanda daxilində müəyyən gərginlik var idi. Axı üç məğlubiyyətdən sonra futbolçuların psixoloji vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi...
- Bəli, vəziyyət bir qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər. Hər gün bizə deyirdilər ki, bu futboldu və belə vəziyyətlər hərdən baş verir. Bizə ürək-dirək verirdilər və deyirdilər ki, toparlanmaq lazımdı. Bununla belə, bir qədər kədərli idi, axı biz ilk üç turda məğlub olmuşduq. Amma hazırda vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizə növbəti oyunlarda da kömək edəcək.
 
- “İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonr məğlub olurdu. Maraqlıdı, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü? Komandanın bu üstünlüyünü yenidən itirə biləcəyini fikirləşdinizmi?
- Xeyr, etiraf edim ki, ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik. AZAL ilə ötən matçda vurulan qoldan sonra, mən, fikirləşirəm, digər futbolçular da belə düşünmüşdülər ki, biz yenə qolu birinci vurduq və birinci hissədə qol buraxmamalıyıq. Ancaq fasiləyədək qapımızda yenidən qol gördük. Ancaq bu dəfə özümüzə güvənimiz vardı və qalib gələcəyimizə inanırdıq.
 
- Matç sizin üçün də uğurlu oldu. Hesabınıza mövsümün, eləcə də “İnter”in heyətində  ilk het-trikini yazdınız...
- Üç qol vurub komandaya kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidi. Kimin qol vurmasının mənim üçün əhəmiyyəti yoxdu. Axı futbol komanda oyunudu. İstərdim ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.
 
- Yeri gəlmişkən, biz müşahidə etdik ki, Bayıl stadionunda keçirilən bütün oyunlarda fərqlənə bilmisiniz...
- Burada nə demək olar (gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.
 
- Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu çatışmır. Bu sözlərə münasibətiniz necədi?
- Bu sözləri şərh etmək istəməzdim. Mən sadəcə belə bəyanatlara özümün yaxşı oyunumla cavab verməyə çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.
 
- Bu yaxınlarda komandaya yeni forvard İlço Naumoski qoşuldu. Necə düşünürsünüz, bu yeni futbolçu komandaya kömək edə biləcək?
- Bəli, yaxşı karyerası olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandı. Bundan başqa, o, əla futbolçudu. Düşünürəm ki, o, bizə kömək edəcək.
 
- Qarşıdan komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala klubuyla gözlənilən matç barədə nə düşünürsünüz?
- Biz öz stadionumuzda oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdı. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə bilərik.
 
- İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək çətindir. Hər halda çempionatın hansı komandası sizə daha yaxşı təsir bağışlayır və hansı komandaları mövsümün favoritləri sayırsınız?
- Mən artıq neçə ildi Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında “Qarabağ”a daha çox rəgbətim var. Bu mövsümdə də onlar güclüdülər və hesab edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridi. “Qarabağ” güclü rəqibdi. Lakin digər komandaları da unutmaq olmaz.
 
- Yeri gəlmişkən, dördüncü gün “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Eintracht” komandasıyla oyun gözləyir...
- “Qarabağ”a cavab oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada həmyerlim və dostum Nikolas Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.