27 avqust 2013 20:25
“Berti Foqts mənə hazır olmağı tapşırmışdı”
“Sumqayıt”ın hücumçusu Ruslan Qurbanov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə səfər oyununa dəvət olunmasına münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hələ hərbçilər arasında keçirilən dünya çempionatında iştirak edərkən Berti Foqts mənimlə maraqlanmışdı və hazır olmağı tapşırmışdı. Almaniyalı mütəxəssisin məni Malta ilə oyuna çağıracağını düşünürdüm. Amma həmin dəvəti gözləmədiyim vaxtda aldım. Məni Bəhreynlə də oyuna çağırmışdılar. Lakin o vaxt meydana çıxmaq şansı qazanmamışdım. Şadam ki, rəsmi oyuna da dəvət aldım. Yenidən milli himni eşitmək xoş olacaq. Ümid edirəm ki, bundan sonra daha çox dəvət alacağam. İsrailə qələbə üçün gedəcəyik”.