27 avqust 2013 21:32
Cavid Hüseynov: Azərbaycan İsrailə uduzmayacaq
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsraillə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Çətin oyun olacaq. Bu qarşılaşma həm bizim, həm də rəqibimiz üçün çox vacib əhəmiyyət daşıyır. Bizə xal qazanmaq lazımdı. Amma buna nail olmaq çətin alınacaq. Çünki İsraildə sürpriz etmək heç də asan məsələ deyil. Rəqibin heyətində yaxşı futbolçular var. Amma mənə elə gəlir ki, biz bu səfərdən xalla qayıda bilərik. Biz bu oyunda uduzmayacağıq”.