28 avqust 2013 00:03
Rəvan əsas hücumçusunu da itirdi
"Rəvan” Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt” ilə səfər oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar ertəsi bərpaedici tədbirlər olmuşdusa, ötən gün futbolçular yenidən yaşıl meydanda çalışmalarını davam etdiriblər.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən və "Bayıl stadionu”nda baş tutan hazırlıqda iki zədəli futbolçudan başqa, bütün heyət üzvləri məşq edib. Dizindən ağır zədə almış Tofiq Mikayılovdan savayı, "İnter” ilə son görüşün ilk hissəsində topuğundan zədələnən Xuan Manuel Varea məşqdə iştirak etməyib. Argentinalı hücumçunun növbəti oyundakı iştirakı da sual altındadı.
Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” oyunu avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
