27 avqust 2013 12:26

AFFA: Günahkarlara ağır cəzalar veriləcək!

Topaz Premyer Liqasının 4-cü turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasında baş verən hadisələrlə bağlı AFFA-ın baş katibi Elxan Məmmədov ANS telekanalına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları deyib:
 
“Xəzər Lənkəran”la “Neftçi” arasında görüşlər həmişə diqqət çəkib. Bu dəfə oyun olduqca maraqlı keçdi. Təəssüf ki, matç zamanı belə insident baş verdi. Bəziləri bunu ötən mövsümün sonunda, ölkə kubokunun finalında baş verən hadisələrlə eyniləşdirirlər. Ancaq o zaman futbolçular arasında problem olmuşdu. Bu dəfə isə azarkeşlər arasında belə problem yarandı. Bilirsiniz, lənkəranlı azarkeşlərdə futbol mədəniyyəti var. Hesab edirəm ki, bunu törədənlər təxribat etmək fikrində idilər. Təəssüf ki, stadiona partlayıcı maddələr də keçirilmişdi. Bu hadisə ilə əlaqədar olaraq 4 nəfər saxlanılıb. Baxsanız görərsiniz ki, onların çoxusu Lənkəranda qeydiyyatda deyillər. Belə çıxır ki, bunlar məhz iğtişaş törətmək üçün gəlmişdilər.
 
Biz klublar qarşısında belə bir tələb qoymaq fikrindəyik ki, orda bir menecer məhz azarkeşlərlə işləsin. Problem yaradan azarkeşləri müəyyənləşdirmək mümkündü. Lənkəran şəhər stadionunun tribunalarında kameralar quraşdırılıb. Problem yaradan azarkeşləri müəyyənləşdirib onların stadiona buraxılmasının qarşısını almaq olar. Belə hadisələrin təkrarlanacağı halda oyunların azarkeşsiz keçirilməsi də mümkündü. Beynəlxalq təcrübədə belə hallar var. Amma biz bunu istəmirik. Futbolun inkişaf etməsini istəyirik. Bunun üçün də insanların stadionlara gəlməsi lazımdı. Lakin hadisələr təkrarlansa, o zaman klubların səfər görüşlərinə azarkeş aparmasına qadağa qoyacağıq. Bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin iclası keçiriləcək. Orda müvafiq qərarlar qəbul ediləcək və günahkarlara ağır cəzalar veriləcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.