28 avqust 2013 00:28
Mahir Şükürov: Lənkəran şəhər stadionunu 10 oyunluq diskvalifikasiya etmək lazım idi
“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- Premyer Liqasının son turunda Lənkəranda oynamaq sizin üçün nə qədər çətin idi? Nəzərə alsaq ki, yerli azarkeşlər komandanıza, xüsusilə sizə qarşı çox aqressiv idilər, yəqin digər oyunlardakından fərqli durumla üz-üzə idiniz...
- Futbolçular tez-tez öz ünvanlarına söyüşlər eşidirdilər. Amma ana – hər bir kəs üçün müqəddəsdi. Belə hərəkətlər yolverilməzdi. Mən Lənkərandakı oyuna gələn hər kəsin anasının əllərində öpürəm. Mən həmin adamlar kimi hərəkət edə, onlara cavab verə bilmərəm. Əgər onların mənimlə nəsə problemi varsa, qoy özümlə həll etsinlər. Mənim valideynlərimin burda nə günahı var ki? Mənim telefon nömrəmi tapmaq o qədər də çətin deyil. Görüşmək, danışmaq olar. Ana söyüşü vermək kişiyə yaraşmaz.
- Fanatlarla aranızda nə baş vermişdi ki? Deyilənə görə, onlar sizdən ona görə belə acıqlıdılar ki, Azərbaycan Kubokunun final oyunundan sonra rəqib futbolçu Kamran Abdullazadəni vurmusuz...
- Mən belə bir futbolçu tanımıram. Dəqiq deyə bilərəm ki, heç kimi də vurmamışam. Bu, düz deyil.
- Azarkeşlər sizə başqa nələri çatdırmağa çalışdılar?
- “Skenderbeu”ya uduzmağımızı xatırladırdılar. Sanki “Xəzər Lənkəran” özü Avropa Liqasında məğlub olmayıb. Əgər sənin öz komandan da məğlub olubsa, başqasının uğursuzluğuna necə sevinə bilərsən? Araz Abdullayevin ünvanına çoxlu pis sözlər dedilər, maşın qəzasını yada saldılar. Yerli futbolçuları legionerlərin yanında belə üzmək, onları söymək olmaz. Həm də “Neftçi” Azərbaycan çempionudu, başqa ölkənin təmsilçisi deyil. Ölkənin Avropa Liqasının qrup mərhələsində oynayan yeganə komandasına qarşı bu cür münasibət düzgün sayıla bilməz. Bu komandaya hörmət etmək lazımdı. Yaxşı, mən onu da başa düşdüm ki, komandamızı sevmirlər, hörmət etmək istəmirlər. Daha polislərin, əsgərlərin nə günahı vardı? Onların necə döyüldüyünü görəydiniz! Bütün bunları görmək mənim üçün çox üzücü idi.

- Hər halda bu, derbidi?
- Derbidə rəqib komandaya bu cür təzyiq göstərmirlər, onu hədələmirlər. Biz Lənkəranda oyuna 3-4 saat qalmış oteldən çıxa bilmirdik. Əgər bu cür davam etsə, legioner futbolçular Azərbaycana gəlməkdən imtina edəcəklər. Çünki heç bir futbolçu belə təhlükə ilə üz-üzə qalmaq istəməz.

- Bəs bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?
- Sərt qərarlar qəbul etmək lazımdı. Gələn dəfə Lənkəranda bundan da pis nəsə baş verə bilər. Onların təkcə bizimlə belə problemləri olmur, digər klublarla görüşlərdə də müşahidə olunur. Belə çıxır ki, Lənkəranda oynamaq həyati təhlükə yaradır. Özü də sadəcə cərimə ilə kifayətlənmək lazım deyil. Stadionu 10 oyunluq cəzalandırmaq lazımdı ki, onlar da bu cür hərəkətlərinə görə peşman olsunlar, bir də onu təkrarlamasınlar. Bəlkə onda öz səhvlərini başa düşərlər və gələcəkdə hər şey normal olar.

- Sizcə, “Neftçi” bu oyunda qol vursaydı, qələbə qazansaydı, onda nələr olardı?
- Bunu heç təsəvvür edə bilmirəm. Faciə yaşanardı. Çox təəssüf ki, özümüzə qarşı belə münasibət gördük. Amma Lənkəranda heç-heçəni də normal nəticə sayıram.