28 avqust 2013 00:37
Azərbaycanın iki yığması İsrailə birgə gedib qayıdacaq
Futbol üzrə Azərbaycanın əsas və 21 yaşlılardan ibarət yığmalarını qarşıda İsrail ilə seçmə mərhələ oyunları gözləyir. Azerisport.az xəbər verir ki, sözügedən komandalarımızın İsrailə birgə yollanması nəzərdə tutulur.
Belə ki, Berti Foqts və Bernard Lippertin yetirmələri İsrailə eyni təyyarə ilə, sentyabrın 4-də yola düşəcəklər. Sentyabrın 9-da isə millilərimiz eyni qayda ilə vətənə dönəcək.
Qeyd edək ki, Azərbaycan əsas yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qanda İsrailin qonağı olacaq.
Gənclərdən ibarət millimisin oyunu isə sentyabrın 8-də baş tutacaq. Bu üzdən də əsas millimiz gənc həmkarlarının oyununu izləməli olacaqlar.
