28 avqust 2013 00:59
Qarabağı Frankfurtda 500-ə yaxın azarkeş dəstəkləyə bilər
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin Almaniya “Eintracht”ı ilə cavab oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunu Frankfurtda 500-ə yaxın azarkeş dəstəkləyə bilər.
Çünki Almaniya klubu təmsilçimiz üçün məhz bu qədər yer ayırıb.
Hazırda “Qarabağ” rəhbərliyi Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların oyun günü Frankfurta gəlib komandamıza dəstək olması üçün iş aparır. Bu işdə Ağdam klubuna AFFA da yardımçı olur. Mümkündü ki, komandamız məhz 500-ə yaxın azarkeş tərəfindən dəstəklənsin.
