27 avqust 2013 13:05
Sxadadze Gürcüstan milli komandasına dəvət olundu
Futbol üzrə Gürcüstan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Fransa və Finlandiya ilə oyunlara dəvət olunan futbolçular arasında Azərbaycan Premyer Liqasında çıxış edənlər də var.
Belə ki, baş məşqçi Timur Ketsbaya “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvilini yenidən milliyə çağırıb. Onun dəvət göndərdiyi digər futbolçu isə “İnter”in hücumçusu Baçana Sxadadzedi. Hansı ki, o, ilk dəfədi Gürcüstan millisinə çağırılır.
Qeyd edək ki, Baçana Topaz Premyer Liqasının son turunun “Rəvan”la oyununda (5:1) het-trikə imza atıb. Kestbaya çox güman ki, onu məhz bu üzdən milliyə dəvət edib və həmyerlisini yığmada da sınaqdan keçirmək istəyir.
