28 avqust 2013 01:27
Eintrachtın yarımmüdafiəçisi Qarabağla cavab matçını buraxa bilər
Almaniyanın “Eintracht” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununa ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisinin aparıcı futbolçusu Takaşi İnuinin Ağdam klubuna qarşı formaya geyməmək ehtimalı yaranıb.
Buna onun son məşqlərin birində zədələnməsi səbəb olub. Bu üzdən də yaponiyalı futbolçunun komandamızla görüşdə meydana çıxması sual altındadı.
