28 avqust 2013 01:43

Rəşad Sadıqov: Eintracht ilə cavab oyunu Bakıdakından çox fərqli olacaq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”ın Premyer Liqanın son turunda “Qəbələ” ilə oyuna əvəzedici heyətlə yollanıb, əsas heyəti Bakıda saxlaması faktını necə qarşıladınız?
- Normal. Bu, baş məşqçinin qərarı idi. Belə vəziyyətlərdə necə etmək lazım olduğunu o daha yaxşı bilir.
 
- Əvəzediciləriniz də sizin qələbə seriyanızı davam etdirə bildilər. Onlardan Qəbələdə qələbə gözləyirdiniz?
- 70-ci dəqiqəyə qədər uşaqlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Amma rəqibin bircə qol epizodundan sonra komandamızın gənc üzvləri rəqibdən qorxmağa başladılar. Bu, oyunumuza həyacan gətirdi. Ona görə də son 20 dəqiqəni komandamızın aktivinə yazmazdım. Lakin istənilən halda qələbə qazanmağımız çox sevindirici haldı.
 
- Azərbaycanda hələ son illərdə belə bir hal olmamışdı ki, hansısa komanda ikinci heyəti ilə digər bir iddialı kluba qalib gəlsin...
- Bu, klubumuzda da hamını çox sevindirir. Biz optimal heyətlə oynamadğımız halda da uğur qazana bilirik. Düzünü deyim ki, biz bu oyunda daha çox heç-heçəyə ümid edirdik. Belə heyətlə Qəbələdə qələbə qazanmaq fantastikadı. Mən bu üç xalı qızıla bərabər sayıram.
 
- Cari mövsümün geridə qalan dövrünü “Qarabağ” üçün necə qiymətləndirərdiniz?
- Hələ ki, heç cür. Biz sadəcə ilk dörd oyunumuzda qələbə qazanmışıq, vəssalam. Tələsmək, arxayınlaşmaq olmaz. Azərbaycan çempionatı artıq dörd dövrədən ibarətdi. Bir sözlə oyunlarımız çox olacaq və bu dörd qələbəyə görə sevinməyə dəyməz.
 
- Növbəti turda sizi qələbələri sıralayan digər komanda – AZAL ilə duel gözləyir...
- Mümkündü ki, bizi AZAL ilə çətin oyun gözləyir. Təbii ki, bizim üzləşdiyimiz vəziyyət hamıya bəllidi. Gərgin qrafiklə oynayırıq. Eyni zamanda AZAL ilə oyunlarımız bir qayda olaraq həmişə çətin olur.
 
- Amma öncə Avropa Liqasında Almaniya “Eintrahct”ı ilə cavab görüşünə çıxacaqsız...
- Hələ Frankfurta nə vaxt gedəcəyimizi bilmirik. Çünki yerli aeroport bizi aparacaq təyyarəni qəbul etmək istəmir.
 
- “Qarabağ”dan Frankfurtda nə gözləyək?
- Zaman göstərəcək. İlk oyun göstərdi ki, “Eintracht” çox çətin rəqibdi. Bizim işimiz hazırlaşmaqdı. Rəqibi bütün detallarına qədər analiz edirik və ciddi hazırlaşırıq. Cavab oyunu bir çox amillərinə görə ilk görüşdən fərqlənəcək.
 
- Amma “Qarabağ”ın səfərdə möcüzə edəcəyinə çox az adam inanır...
- Növbəti tur üçün şanslarımızdan danışmaq fikrim yoxdu. Hər şeyi oyunun gedişi göstərəcək.
 
- Rəqibin sonuncu çempionat oyununa baxmısız?
- Baxmamışıq. Amma bilirəm ki, onlar Bundesliqada ilk qələbələrini qazandılar. Həmçinin bizə iki qol vuran Meyer həmin oyunda yenə fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.