27 avqust 2013 14:03
İsrail yığmamızla oyun öncəsi ciddi itki ilə üzləşdi
Futbol üzrə İsrail yığması ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də millimizi qəbul edəcək komandanın aparıcı müdafiəçisi Rami Qerşon zədələnərək sıradan çıxıb.
Belçikanın "Beveren" klubunda top qovan futbolçu məhz bu komandanın son məşqlərinin birində zədələnib. Bu üzdən 24 yaşlı oyunçunun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, İsrail sentyabrın 7-də evdə Azərbaycan millisini qəbul edəcək. Belədə Qerşonun nəinki millimizə, həmin matçdan 3 gün sonra səfərdə keçiriləcək Rusiya ilə görüşdə də komandasına kömək edə bilməyəcəyi dəqiqdi.
