28 avqust 2013 01:52
Eintracht - Qarabağ matçı portuqaliyalı hakimə tapşırıldı
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la Almaniya “Eintracht"ı arasındakı cavab matçının baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Frankfurtda baş tutacaq görüşü portuqaliyalı referi Duarte Qomez idarə edəcək.
Onun köməkçilərinin adları isə açıqlanmır.
Qeyd edək ki, “Eintracht" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Frankfurt təmsilçisinin xeyrinə başa çatıb.
