27 avqust 2013 15:37
Premyer Liqa klublarının 4-cü tur üçün cəzaları açıqlandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL – “Sumqayıt” matçının 54-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt”ın digər futbolçusu Məhəmməd Mirzəbəyov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o da 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Simurq” – “Bakı” matçında “Simurq” un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyununun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Rəvan” – “İnter” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.