27 avqust 2013 15:46

AFFA Böyük oyuna görə XL və Neftçini cəza yağışına tutdu!

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 4-cü turunun qalmaqallı “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Xəzər Lənkəran” – “Neftçi” matçının fasiləsi zamanı “Xəzər Lənkəran”ın azarkeşləri “Neftçi”nin azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd edib, lakin polis tərəfindən insident sakitləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlayıb.
 
Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran”ın azarkeşləri Neftçi”nin azarkeşlərinə hücum etməyə cəhd göstərib,  polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, “Xəzər Lənkəran” azarkeşləri “Neftçi”nin azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.
 
Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi”nin azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb.
 
Yuxarıda göstərilən hadisələri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
 
- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.
 
- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunu.
 
- Pirotexniki vasitələrdən istifadə edilməsi və  meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.
 
- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.
 
- Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevlə “Neftçi”nin futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.