27 avqust 2013 16:01
Yalnız Rəvan cərimə olundu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 4-cü turunun yalnız bir oyunu ilə bağlı qərar çıxarılıb:
“Rəvan” – “İnter” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
