28 avqust 2013 20:37
“Qarabağla cavab matçı heç bir intriqa daşımır”
Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim üçün mövsümə uğursuz start artıq geridə qalıb. Avroliqanın pley-off mərhələsinin cavab oyunu artıq heç bir ciddi intriqa daşımır. Amma buna baxmayaraq, bu görüşə də ciddi yanaşmağımız lazımdı. Bakıdakı qələbə hələ heç nəyi aydınlaşdırmayıb. Ona görə futbolçularımın arxayınlaşmasını istəməzdim”.
