28 avqust 2013 21:14

Neftçi də bəyanat yaydı

“Xəzər Lənkəran”ın ardınca “Neftçi” də bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla olduğu kimi, tanış edir:
 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkə başçısının futbola diqqət və qayğısının əsas göstəricisidi. Rövnəq Abdullayevin rəhbərliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Dövlət Proqramının müddəalarını uğurla həyata keçirir. Artıq bir neçə iri miqyaslı futbol və infrastruktur layihələrinin yüksək səviyyədə təşkili buna bariz nümunədir. Dünya idmanı tarixində ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya stadionu Azərbaycan futbolu üçün də böyük töhvə olacaq. Təsadüfi deyil ki, Bakı 2020-ci il Avropa Çempionatına ev sahibliyinə namizədliyini irəli sürüb. Rövnəq Abdullayevin AFFA Prezidenti seçilməsindən sonra Peşəkar Futbol Liqasının yaradılması ilə Azərbaycan çempionatının səviyyəsi yüksəlmişdir və bu inkişaf ilbəil artır. Artıq Azərbaycan futbolu klub miqyaslı yarışlarda da uğurlar əldə etməyə başlayıb. “Neftçi”nin Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması, “Qarabağ” klubunun dəfələrlə play-off mərhələsində çıxış etməsi AFFA-nın Azərbaycanda futbolun inkişafı naminə gördüyü məqsədyönlü işin göstəricisidir. Əminliklə demək olar ki, AFFA Prezidenti Rövnəq Abdullayevin seçdiyi inkişaf strategiyası düzgündür və yaxın gələcəkdə ölkə futbolu daha böyük zirvələri fəth edəcək. “Neftçi” olaraq bu strategiyanı daim dəstəkləmişik və futbolumuzun inkişafı naminə çalışırıq. Əldə etdiyimiz nəticələr, avrokuboklardakı uğurlarımız düzgün yolda olduğumuzu sübut edir.
 
Təəssüf ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilmiş “Xəzər-Lənkəran” - “Neftçi” oyununda baş verən olaylar olduğu kimi qələmə verilmədi. Nəticədə bu azarkeşlər arasında vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Baş verən olaylarla bağlı AFFA-nın İntizam Komitəsi haqlı qərarlar qəbul etdi. Ümid edirik ki, bu qərarlar belə halların gələcəkdə bir daha yaşanmamasına zəmin yaradacaq. Sözsüz ki, futbol azarkeşlər üçün oynanılır, amma onlar da idman prinsiplərini unutmamalıdırlar. “Neftçi” bütün klublarımızla dost münasibətlərə malikdir. Biz yalnız meydanda 90 dəqiqə ərzində rəqibik. “Neftçi”, eləcə də bütün klublar bir amala - Azərbaycan futbolunun inkişafına xidmət edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.