28 avqust 2013 23:22

Qurbanov: Eintracht daha şanslıdı, amma...

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
 
“İlk oyundakı məğlubiyyətə (0:2) baxmayaraq, Almaniyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Bizim üçün belə bir komanda ilə, bu cür arenada oynamaq çox xoşdu. Yaxşı oyun göstərmək istəyirik”.

Qurbanov meydan sahiblərinin daha şanslı olduğunu bildirib: “Eintracht”ın şansları daha yüksəkdi. Amma biz də yaxşı oyun sərfiləməyə çalışacağıq. Sona qədər mübarizə aparacağıq. Bundesliqa Avropanın ən güclü çempionatlarından biridi. Çempionlar Liqasının sonuncu finalında iki Almaniya klubunun üz-üzə gəlməsi təsadüfi deyildi. Bundesliqanı bizim Premyer Liqa ilə müqayisə etmək də olmaz. “Eintracht” oyundan-oyuna daha da artırır. Deməli, öz oyunlarını tapıblar”.
 
“Qarabağ”ın çalışdırıcısı rəqibin fanatlarından da danışıb: “Bizim üçün həm də ona görə çətin olacaq ki, belə güclü azarkeş ordusu qarşısında oynayacağıq. Lakin layiqli futbol sərgiləmək üçün hazırıq. “Eintracht”a qarşıdakı oyunlarında uğurlar arzulayıram. Dortmund “Borussia”sı ilə oyundan sonra biz onlara simpatiya bəsləyirdik, hər oyunlarını izləyirdik. Bundan sonra “Eintracht”ın da oyunları ilə eyni şəkildə maraqlanacağıq”.
 
Qurbanov Almaniyaya səfərlə bağlı yaranan problemə də toxunub: “Bizim bəlli proqramımız var idi. Almaniyaya əslində ötən gün gəlməli idik. Amma elə alındı ki, biz yolda doqquz saat keçirməli olduq. Əlbəttə, bu, psixoloji cəhətdən futbolçularımıza təsirsiz ötüşməyə bilməz. Amma ümid edirəm ki, oyuna qədər hər şey qaydasına düşəcək”.

İlk oyunu xatırlayan mütəxəssis bunları söyləyib: “Bakıda biz fərqlənə bilərdik. Amma ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Futbolda hamı qol vurub, buraxmamağa çalışır. Sabah necə olacaq, bilmirəm. Lakin mütləq erkən qol vurmalıyıq. İlk oyundakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın Almaniyada da azarkeş dəstəyindən məhrum olmayacağına ümid edirəm. Onların stadiona gəlib bizi dəstəkləməsini istəyirəm”.

Qurbanov almanların “Qarabağ”ı çox yaxşı öyrəndiyini də vurğulayıb: “İndi istənilən komanda haqda məlumat toplamaq çox asandı. Bilirəm ki, “Eintracht”a komandamız barədə Bakıda da məlumat veriblər. Amma düşünmürəm ki, onlara verilən məlumatlar cavab oyununa hansısa təsir göstərsin”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.