28 avqust 2013 11:11
Eintrachtın hücumçusu da Qarabağla cavab matçını buraxacaq
Almaniyanın “Eintracht” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununa ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisinin aparıcı futbolçusu Srcan Lakiç də Ağdam klubuna qarşı forma geyə bilməyəcək.
Buna onun son məşqlərin birində zədələnməsi səbəb olub. Bu üzdən də forvardın komandamızla görüşdə meydana çıxmaq ehtimalı yoxdu. Onun yalnız gələn həftədən məşqlərə başlaması gözlənilir.
Qeyd edək ki, Lakiçlə yanaşı yaponiyalı yarımmüdafiəçi Takaşi İnuinin də Ağdam klubuna qarşı formaya geyməmək ehtimalı var. O da son məşqlərin birində zədələnib.
