28 avqust 2013 12:13
İsgəndər Cavadov: Lənkəranda baş verənlərin təkrarlanmayacağına heç kim zəmanət verə bilməz
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” oyunu zamanı baş verən olaylara münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Fanatlar stadionda ancaq öz komandalarını dəstəkləməyə çalışmalıdılar. Daha rəqib komandanın azarkeşlərinə hücum etməməlidilər. 2000-3000 manatlıq cərimələrlə belə hadisələrin qarşısını almaq olmaz. Pul cəzası heç bir effekt vermir. Əsl günahkarları tapıb cəzalandırmaq daha yaxşı olardı. Əks halda bu cür hadisələrin təkrarlanmayacağına heç kim zəmanət verə bilməz”.