28 avqust 2013 12:32
Qarabağın problemi yoluna qoyuldu: Komandamız bu gün yola düşür
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniya “Eintracht”ı ilə cavab matçına yollanacağı yekun vaxt nəhayət ki, tam müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Frankfurta bu gün yola düşəcək.
Qurban Qurbanov və yetirmələri Almaniyaya çarter reysi ilə uçacaq. Komandamız yerli vaxtla 12:30-da artıq Almaniyaya çatmalıdı. Axşam saat 19:00-da isə Ağdam klubunun baş məşqçisinin jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Bundan yarım saat sonra komandamız oyunun keçiriləcəyi arenada son məşqə çıxacaq.
Qeyd edək ki, “Qarabağ”ın “Eintracht”la cavab matçı avqustun 29-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasındakı ilk oyunda ağdamlılar 2 cavabsız qolla məğlub olmuşdular.
