29 avqust 2013 00:05

Con Toşak dörd futbolçunu əvəzedici heyətə göndərdi

Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə görüşəcək “Xəzər Lənkəran” avqustun 28-də günün ikinci məşqini keçirib. Azerisport.az xəbər verir ki, komanda saat 18:00-da ehtiyat meydançada axşam məşqinə çıxıb.
 
Bir saatdan çox sürən hazırlıq prossesi toplu çalışmalardan ibarət olub. Con Toşak dörd qapıdan istifadə edərək futbolçuları ampaualarına uyğun iki-iki və üç-üç hücumda və müdafiədə yoxlayıb.  Məşqin sonuna yaxın stadionun həyətinə daxil olan avtomobildən yeni transferlər Deyvid Sakkoni və Eduardo Oriol düşüblər. Ardıyca komanda ilə birgə baza-oteldə məskunlaşan yeni futbolçular baş məşqçi ilə görüşüblər. Hər iki futbolçunun avqustun 29-da keçiriləcək məşqdə iştirak edəcəyi gözlənilir.
 
Bu arada baş məşqçi Con Toşakın tapşırığı ilə gənc futbolçular - Kazım Kazımlı, Kamran Abdullazadə, Elnur Cəfərov və Elvin Mirzəyev əvəzedici heyətə göndəriliblər. Baş məşqçi bunu belə əsaslandırıb:
 
“Bu gənclər “Qəbələ” ilə qarşılaşmada əsas heyətdə çıxış etməyəcəklər. Belədə düşündük ki, əvəzedici heyətə məşq edib oynasınlar və formalarını saxlasınlar. Amma Premyer Liqada yaranacaq fasilə zamanı təşkil olunacaq toplantıda yenidən gənclər əsas heyətə qaytarılacaqlar”. (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.