28 avqust 2013 12:48
Nigeriya millisinin forvardı Bakı klubunda!
Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yönündə növbəti addımı atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu daha 2 legionerlə rəsmən anlaşıb.
Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudu. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətəni İsveçdə top qovub. O, "Nyuköpinqs”, "Haken”, "Vesbyu Yunayted” və "Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.
Musaya gəlincə, nigeriyalı hücumçu bu günə qədər Nigeriyanın "Kaduna Yunayted" və son olaraq Misirin "Əl-Mokavlun Əl-Ərəb" komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib. (klub saytı)
