30 avqust 2013 01:19

Qarabağ Almaniya klubuna yenə uduzdu, mübarizəni dayandırdı (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
 
Ağdam klubu bu mərhələdə Almaniyanın “Eintracht” komandası ilə üz-üzəydi. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirdi və iki cavabsız qolla uduzdu. Bu üzdən də “Qarabağ”ın cavab matçında sürpriz etmək şansı çox aşağı idi. Təəssüf ki, Qurban Qurbanovun yetirmələri səfərdə də sürpriz edə bilmədilər və oyunu məğlub vaşa vuraraq, mübarizəni dayandırmaq məcburiyyətində qaldılar.
 
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
29 avqust
 
Eintracht - Qarabağ - 2:1 (1:0)
Qollar: A.Meyer, 10 (1:0), Reynaldo, 58 (1:1), İnui, 75 (2:1)
Baş hakim: Duarte Qomez (Portuqaliya).
Frankfurt. “Commerzbank-Arena” (Waldstadion).
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
4. Fubolçularımızın müdafiədəki səhvi az qala erkən qolla nəticələnəckdi. Amma son anda hər şey komandamız üçün yaxşı qurtarır
5. Oyunda ilk korneri almanlar qazanırlar. Komandamız diqqətli oynayır, əks-hücuma çıxır, amma uğursuz olur
7. Meydan sahibləri qol vursa da, öncə ofsayd olduğu bildirilir
10. Komandamız ilk dəqiqələrdən heç də müdafiədə oturmaq fikrində olmadığını arabir təşkil etdiyi kəskin hücumlarla isbatlasa da, hələ ki, onları təhlükəli qol vəziyyəti saymaq olmaz
10. Gelaşvili rəqib qapıçı ilə üz-üzə qalsa da, son anda rəqib müdafiəçi onun topa zərbə vurmasına imkan vermir
10. Rodenin ötürməsini Bakıda dubla imza atmış Meyer bir toxunuşla tora qovuşdurur - 1:0
15. Komandamızın orta sahədə oyunu yenə alınmır və rəqib futbolçular topa daha çox nəzarət edirlər
20. Görünür erkən qol komandamızı ruhdan saldı
24. Çumbinyo uzaq məsafədən qol vurmağa çalışsa da, zərbəsi dəqiq olmur
27. M.Medvedevdən əla ötürmə alan V.Nadirovun qapıya iti bucaq altında zərbəsi qapıdan azca yan keçir
28. Rodenin uzaqdan zərbəsi qapıdan aralı keçir
31. R.Sadıqovun cərimə zərbəsi hədəfdən yan keçir
37. V.Nadirovun uzaqdan məsafəsini Trapp çətinliklə qaytardı. Gelaşvili qayıdan topu təkrar zərbəylə tora qovuşdurmağa yaxın olsa da, müdafiəçi buna mane olur
41. R.Almeydanın zərbəsi effektli alınmır və Trapp asanlıqla topu tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Almanlar fasilədən sonra da oyuna nəzarəti əldə saxlamağa çalışırlar
51. "Eintracht" ikinci qolu vurmağa yaxın olsa da, Varvodiç əla reaksiya nümayiş etdirir
52. Meydan sahiblərinin korner vuruşu bizim üçün yaxşı alınır
54. Varvodiç komandamızı daha bir real qoldan xilas edir
56. Komandamız korner qazanır: amma uğursuz yerinə yetiririk
57. V.Nadirovu Reynaldo əvəzləyir
58. QOOOOOOOOOOOOOOOL! Reynaldo oyuna daxil olan kimi əla keçidlə iki müdafiəçidən sıyrılıb möhtəşəm qola imza atır - 1:1
59. Çumbinyonun zərbəsi qapıdan aralı keçir
60. Komandamız rəqibin daha bir korner vuruşunu zərərsizləşdirə bilir
62. Oyunda ilk sarı vərəqəni M.Medvedev qazanır
63. "Eintracht" birdən-birə iki əvəzləməyə əl atır: P.Şveqleri müdafiəçi M.Russ əvəzləyir. Rodenin əvəzində isə meydana Rosental çıxır
66. N.Yusifov ciddi zədə aldığı üçün oyunu davam etdirə bilmir
67. N.Yusifovu Q.Qarayev əvəzləyir
70. Meyer oyunu tərk edir və onu Xoselu əvəzləyir
71. L.Corcun cərimə zərbəsi çox pis alınır
72. R.Almeyda sarı vərəqə alır
74. Reynaldo çox möhtəşəm hərəkətlərlə yüz faizli qol epizodu yaratsa da, onu boşa verir
75. Vurmayana vurarlar: Rozentalın ötürməsindən sonra İnui komandamızı cəzalandırır - 2:1
79. Gelaşvilinin zərbəsi qapıdan yan keçir
82. Gelaşvilinin əvəzində meydana Kapolonqo çıxır
83. Çumbinyonun da cərimə zərbəsi çox bərbad alınır
86. Reynaldo daha bir yüz faizli qol şansını boşa verdi
86. Korner vuruşumuz da uğursuz alınır. Futbolçularımız bu epizodda penalti gözləsələr də, hakim fərqli qərar verir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Reynaldonun cərimə zərbəsini qapıçı tutur
Matç başa çatdı
 
QARABAĞ: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 16. Leroy Corc, 20. Riçard Almeyda, 70. Çumbinyo, 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 88. Ulrix Kapolonqo.
EİNTRACHT: 1. Kevin Trapp, 5. Karlos Zambrano, 6. Bastian Oçzipka, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 18. Yohannes Flum, 20. Sebastiyn Rode, 27. Pirmin Şveqler (k).
Ehtiyat oyunçular: 30. Feliks Vidvald, 4. Marko Russ, 15. Konstant Dyakpa, 7. Yan Rozental, 13. Martin Laniq, 17. Stefan Şrök, 9. Xoselu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.