28 avqust 2013 13:10
Xəzər Lənkəran Sakkoni ilə müqavilə imzaladı
"Xəzər Lənkəran" daha bir futbolçunu heyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşulub.
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Goias", "Gremio", "Nautico" və son iş yeri olan "Bragantino" klubunun da formasını geyinib.
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.
