28 avqust 2013 13:35

Neftçi: Xəzər Lənkəran azarkeşlərimizin təhlükəsizliyinə təminat vermişdi (FOTO)

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bəyan edib ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının 4cü turunun bu iki klub arasında Lənkəranda keçirilmiş oyunu zamanı onların azarkeşlərinin təhlükəsizliyinə təminat veribmiş. Azerisport.az saytına müsahibəsində o, bunları vurğulayıb:

“Klublar arasında həmişə yazışmalar gedir. Biz bütün bunları bəyan etmək istəməzdik. Amma “Xəzər Lənkəran”ın bəzi məsələlərlə bağlı mövqeyi bizi onlardan birini ictimaiyyətin diqqətinə çatdırmağa məcbur etdi. Oyundan dörd gün öncə, avqustun 21-də yazılmış məktubda qeyd olunub ki, “Xəzər Lənkəran” tərəfi “Neftçi” azarkeşlərinin təhlükəsizliyini təmin etməlidi. Amma belə olmadı. Birinci hissədən sonra xeyli yerli azarkeş öz yerlərini tərk edərək, qonaq komandanın fanatlarının oturduğu sektora yaxınlaşdılar. Bu, onu göstərir ki, biletlərin üzərində azarkeşlərin yerləri göstərilməyib. Əgər göstərilsəydi, azarkeş də bilərdi ki, o, oyunu sonadək oturduğu yerdə izləməlidi və oranı tərk etməməlidi. Bu, işə qeyri-peşəkar yanaşmadan xəbər verir.
 
Artıq “Neftçi” noyabrda keçiriləcək “Xəzər Lənkəran”la ev oyununun hazırlıqlarına başlayıb. Biz onların da azarkeşlərini oyuna dəvət edirik. Təhlükəsizliyi də ən yüksək səviyyədə təşkil edəcəyimizə söz veririk. Biz “Xəzər Lənkəran”la oyunlarımızın Türkiyədəki derbilər səviyyəsində keçirilməsini istəyirik və bundan ötrü əlimizdən gələni etməyə hazırıq. Əgər biz dediklərimizi edə bilməsək, o zaman klubu tərk etməyə hazırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.