29 avqust 2013 21:50
Ruslan Abışovlu Rubin Avroliqanın qrup mərhələsində! (YENİLƏNİB)
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası bu mərhələdə “Molde” ilə mübarizə aparırdı. Kazanlılar ilk görüşü səfərdə keçirmişdilər və 2 cavabsız qolla qalib gəlmişdilər. "Rubin" ev oyununda da bu uğurun davamını gətirib və möhtəşəm qələbə ilə mərhələ adlayıb.
Bu görüşdə Ruslan Abışovun meydana çıxması istisna deyildi. O, 64-cü dəqiqədə komanda yoldaşı Naxtonun əvəzində meydana çıxıb. Hansı ki, sentyabrın 7-də onun formasını geyindiyi İsrail yığmasına qarşı mübarizə aparmalı olacaq.
Qeyd edək ki, “Rubin” bundan əvvəlki mərhələlərdə Serbiyanın “Jagodina” və Danimarkanın “Randers” klublarını mübarizədən kənarlaşdırmışdı. Abışov “Randers”lə cavab matçının son dəqiqələrində meydana çıxmaq şansı qazanmışdı.
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
29 avqust
Rubin (Rusiya) - Molde (Norveç) - 3:0 (2:0)
