28 avqust 2013 15:14
Xəzər Lənkəran ittihamları cavabladı
“Xəzər Lənkəran” “Neftçi”nin ittihamlarını cavabalandırıb. Azerisport.az saytında dərc olunan yazıdakı açıqlamalar qarşılığında cənub klubu bunları bəyan edib:
“Xəzər Lənkəran” klubu olaraq bildiririk ki, “Neftçi” klubunun bu gün əsas kimi saytınıza təqdim etdiyi məktub əslində ictimaiyyəti çaşdırmağa xidmət edir. Belə ki, “Neftçi” klubunun “Xəzər Lənkəran” klubuna ünvanladığı rəsmi məktuba biz də öz növbəmizdə müddəa-müddəa cavab vermişik. Yəni, “Neftçi”nin göndərdiyi məktubun 4-cü bəndində “ ehtiyac olduğu halda azarkeşlərimiz üçün yerlər ayrılmasını(olsa əlavə məlumat veriləcəkdir)” müddəasına cavab kimi biz də “Xəzər Lənkəran” klubu olaraq 4-cü bənddə belə cavab vermişik: Komandanızın azarkeşləri stadionda istənilən qədər yerlə təmin ediləcək. Lakin “Neftçi” klubu məktubunda qeyd etdiyi kimi azarkeş gətirməsi haqqında bizə əlavə heç bir məlumat verməyib. Əgər onlar bizə rəsmi məktublarında qeyd etdikləri kimi əlavə məlumat versə idilər bizi ittiham etməyə səbəbləri olardı. İndi “Xəzər Lənkəran” klubunun rəsmi məktubunu bu formada təqdim etmək sadəcə vəziyyətdən çıxış yolu üçün irəli atılan gülməli bir addımdır. İkinci tərəfdən Lənkəran stadionunda satılan biletlərin üzərində yerlərin göstərilməməsi kimi ittihama cavab olaraq bildirirəm ki, buna qeyri peşəkarlıq donu geydirən Tahir bəy, unudur ki, “Xəzər Lənkəran” Azərbaycanda oyunlar zamanı bilet satan yeganə klubdur. Əslində qeyri-peşəkarlıq matçlara ümumiyyətlə bilet satılmamasıdır və “Neftçi” klubu da daxili çempionat oyunlarında ümumiyyətlə bilet satmir. Hansı ki, belə hallar bütün dünyada həvəskar klubların oyunlarında olur”.