28 avqust 2013 13:58
Bakının futbolçuları Latviya və Lixtenşteynlə oyunlara dəvət aldı
Futbol üzrə Litva milli komandası Latviya və Lixtenşteynlə 2014-cü il DÇ çərçivəsində qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bununla bağlı litvalıların məşqçi heyəti “Bakı”nın iki futbolçusuna da dəvət göndərib.
Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskisdi.
Qeyd edək ki, Latviya – Litva matçı 6 sentyabr, Litva – Lixtenşteyn oyunu isə 10 sentyabr tarixində baş tutacaq.
