28 avqust 2013 15:43
Ştefan Ayqner: Qarabağa 6:0 hesabıyla qalib gələ bilərik
Almaniyanın “Eintracht” klubunun yarımmüdafiəçisi Ştefan Ayqner Avropa Liqasının “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əgər biz ev oyununa tam olaraq köklənə bilsək, 6:0 hesabıyla da qalib gələ bilərik. Səfərdəki 2:0 hesablı qələbədən sonra hər şey bizim əlimizdədi. Fikrimcə, cavab görüşündə də oyuna nəzarəti əlimizdə saxlaya və başladığımız işi sona çatdıra biləcəyik. İlk oyunun nəticəsinə baxmayaraq, bizə arxayınlaşmaq olmaz. Bu nəticə bizi sakitləşdirə bilməz. Mən hətta 4:0 hesabıyla qalib gəlsəydik ki, sakit olmazdım. Cavab görüşündə hər şey ola bilər. Çünki rəqibin də potensialı var”.