28 avqust 2013 16:21
Branimir Subaşiç: PTT 1-ci Liqada oynamağın asan olduğunu düşünürsüz?
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi
- Türkiyə çıxış edən azərbaycanlı futbolçular arasında hələ ki, yalnız sizin komandanız daha yaxşı nəticə göstərir – iki oyuna dörd xal. Start nə dərəcədə uğurlu hesab oluna bilər?
- Fikrimcə, biz mövsümə pis başlamamışıq. Halbuki, bizə çox az adam inanırdı.

- Niyə?
- Ötən mövsüm bu komandada çıxış edənlərdən cəmi ikisi heyətdə qalıb. Komandaya 25 yeni futbolçu transfer edilib. Belə qısa zaman kəsiyində komanda formalaşdırmaq çox çətindi. Baxmayaraq ki, yaxşı heyətimiz var.
- Hər iki oyunda 90 dəqiqə meydanda olmsuz. Rəqabət necədi?
- Zəif deyil. Mənim mövqeyimdə daha iki futbolçu var. Biri türk, digəri rumındı. Rumının 24 yaşı var. Ötən mövsüm o, Almaniyanın “Köln” klubunda çıxış edib.

- Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq ki? Geridə qalan iki oyuna hələ bir dənə də qol vura bilməmisiz?
- “Adanaspor”la ilk oyunda (4:0) mənim də fərqlənmək üçün 2-3 şansım oldu. Həmin epizodları da özüm yaratdım. Hələ ki, bəxtim gətirmir. Son turda isə “Mersin İdmanyurdu” ilə sülh bağladıq. Çox ciddi komandadı. Super Liqaya vəsiqə uğrunda mübarizə aparan əsas komandalardan biridi. Növbəti oyunlarda qol vurmağa çalışacağam.

- Komandanızın hədəfləri nədən ibarətdi?
- Başa düşdüyüm qədərilə burdakı klubların yeganə hədəfi Super Liqaya vəsiqə qazanmaqdı. “Orduspor” da istisna deyil. Baxaq, görək necə alınacaq. Türkiyədə mövsüm uzun və maraqlıdı.

- Sizinlə yanaşı PTT Birinci Liqada daha bir neçə azərbaycanlı futbolçu çıxış edir. Amma onların komandaları hələ ki, uğursuz çıxış edir...
- Siz çempionatın birinci divizion olmasına baxmayın. Elə bilirsiz ki, burda oynamaq asandı? Hələlik cəmi iki tur geridə qalıb. Azərbaycanlı futbolçuların durumu dəyişə bilər.
- İsrail ilə DÇ-2014-ün seçmə mərhələ oyununda iştirak edə bilməyəcəksiz. Buna görə təəssüflənmirsiz?
- Əlbəttə, oynamaq istərdim. Amma qırmızı vərəqə aldığım üçün cəzalı durumdayam. İsrail yaxşı komandadı. Buna baxmayaraq, bizim üçün nəticə çox önəmlidi. Əgər uşaqlar yaxşı oynasalar, uduzmayacaqlar. Həm də tənqidlərin sayı azalmış olar. Maltaya qarşı yaxşı oynadıq. Niyə də bunun davamını gətirməyək?

- Premyer Liqamızı izləyirsiz?
- Əlbəttə. Bütün baş verənlərdən xəbərim var. Yaxşı başlanğıcdı. Mənə elə gəlir ki, bu gedişlə son tura kimi hansı komandanın çempion olacağı dəqiqləşməyəcək.

- Hətta “Qarabağ” bu cür inamlı çıxışını davam etdirsə də?
- Onların çempion olması mümkündü. Yaxşı komandadı. Hər şey özlərindən asılıdı. Asan olmayacaq. Çünki layiqli rəqiblər də çoxdular.