28 avqust 2013 16:48

“Azərbaycanda da uğurla çıxış etmək istərdim”

“İnter”in yeni futbolçusu İlço Naumoski müsahibəsində bu komandaya keçidi barədə danışıb, karyerası barədə məlumat verib və digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Karyeranız barədə məlumat verməyinizi istərdik. Məlumdu ki, siz uzun müddət Avstriyada çıxış etmisiz...
- Bəli, futbol karyerama məhz Avstriyada başlamışam. 11 yaşımda Vyananın “Rapid” klubunda futbolla məşğul olmuşam. Peşəkar karyeram 16 yaşımda  Avstriyanın 3-cü divizionunda çıxış etdiyim zaman başlamışdı. Bu klubda bir mövsüm keçirdim və turnirin ən yaxşı bombardiri oldum. 18 yaşımda Qrats şəhərində yerləşən QAK komandasına keçdim. Bu komandanın heyətində Avstiya çempionatının qalibi oldum. Həmin mövsüm biz həm də kuboku qazandıq, beləliklə də “qızıl dubl” etdik. QAK-ın heyətində iki mövsüm keçirdikdən sonra Türkiyənin “Malatyaspor” klubunda çıxış etməyə başladım. Qeyd edim ki, bu komandaya tanınmış mütəxəssis Aykut Kocaman rəhbərlik edirdi. Etiraf edim ki, Malatyada yaşamaq mənim üçün çətin idi. Bəli, Türkiyə çempionatı yaxşı səviyyəsilə seçilirdi, amma mən tezliklə bu ölkəni tərk etdim. Türkiyədə təqribən yarım il keçirdim. Sonra İtaliyaya yollandım. Amma orada da gözlənilməz problemlərlə qarşılaşdım. Belə ki, mənim yeni klubum “Catania” vaxtında transfer vərəqəmi almadı. Bu isə o demək idi ki, mən rəsmi oyunlarda meydana çıxa bilməyəcəyəm. Buna görə də, məqş etmək və yoldaşlıq oyunlarında iştirak etməklə kifayətlənmək məcburiyyətində qaldım. Bundan sonra Avstriyaya qayıtmağa qərar verdim və növbəti səkkiz mövsüm “Mattersburg” klubunda çıxış etdim.
 
- Bəs “İnter”ə keçidiniz necə baş verdi?
- “İnter” tərəfindən mənə təklif göndərildi və təklifə razılıqla cavab verdim. Azərbaycana da belə gəldim. Etiraf edim ki, məhz bu komandaya qoşulmağıma şadam.
 
- Buraya təşrif buyurmamışdan öncə klubumuz və ölkəmiz haqqında nə bilirdiniz?
- Səmimi deyirəm ki, “İnter” haqqında məlumatım vardı. Makedoniya millisində birlikdə çıxış etdiyimiz Slavço Georgiyevski klub barədə məlumatları mənimlə paylaşdı. O mənə dedi ki, “İnter” Azərbaycanın ən ambisiyalı komandalarından biridi. Ölkəniz haqqındasa onu bilirdim ki, Azərbaycan əvvəllər SSRİ-nin tərkibində olub. Bilirdim ki, 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində “Avrovizion” musiqi yarışması keçirilib. Bundan başqa, mənə məlumdur ki, yerli komandaya alman mütəxəssisi Berti Foqts rəhbərlik edir. “Neftçi” və “Qarabağ” kimi Azərbaycanın digər klubları haqqında da eşitmişdim.
 
- 2011-ci ildə Makedoniya milli komandası yoldaşlıq matçı keçirmək məqsədilə Azərbaycana gəlmişdi. Həmin oyunu xatırlayırsınız?
- Bəli, xatırlayıram. Lakin həmin oyunda iştirak edə bilmədim. Xatırlayıram ki, bu oyunda iştirak etmək üçün mənə dəvət gəlmişdi, amma mən “Mattersburg”da keçirdiyim ağır mövsümdən sonra yorulmuşdum və istirahət üçün məşqçidən icazə almışdım.
 
- Artıq bir həftədən çoxdu komandayla birlikdə məşq edirsiniz. Klub sizə necə təsir bağışladı?
- Slavço Georgiyevskilə yaxşı tanış olduğumu bir az əvvəl qeyd etdim. Bundan başqa, Almaniya Bundesliqasında çıxış edən Aleksandr İaşvili də mənə tanış idi. Bilirsiniz, Almaniya çempionatı Avstriyada çox populyardı. Digər uşaqlarla isə burada tanış oldum. Baş məşqçimiz Kaxaber Sxadadze haqqında da çox eşitmişdim. O, yaxşı futbolçu idi və güclü klublarda çıxış etmişdi, hazırda o, məşqçilik fəaliyyətilə məşğuldu. Əminliklə deyə bilərəm ki, bizim yaxşı komandamız var. Düşünürəm ki, növbəti matçlarda biz lazımi nəticələri əldə edə biləcəyik.

- Şəxsən siz bu mövsüm öz oyununuzdan nə gözləyirsiniz?
- Öncədən nəsə demək istəməzdim, ancaq ümid edirəm ki, komandaya fayda vermək mənə müyəssər olacaq. İstərdim ki, “İnter” mövsümü mükafatla başa vursun. Kimin qol vurmasısa ikinci dərəcəli məsələdi. Futbol komanda oyunudu, buna görə də hamımız birlikdə uğur qazanmağa can atmalıyıq.
 
- “İnter”in azarkeşlərinə nə qədər qol vuracağınıza vəd verə bilərsiniz?
- Bu, yenə də komanda oyunundan asılıdı. Hücumçu heç nədən qol yarada bilməz. Əgər komanda yaxşı oynayacaqsa, o zaman hücumçulara da asan olacaq, nəticədə daha çox qol vuracaqlar. “Mattersburg”da keçirdiyim səkkiz mövsüm ərzində mən altı dəfə çempionatın yekunlarına əsasən turnirin simvolik yığma komandasına düşmüşəm və Azərbaycan çempionatında da belə uğurla çıxış etməyimi istərdim. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.